banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Mərkəzi Neftçilər Xəstəxanasında yeni əməliyyatxana istifadəyə verilib

loader

Mərkəzi Neftçilər Xəstəxanasının Əməliyyat blokunda əsaslı təmirdən sonra tibbi standartlara cavab verən yeni əməliyyatxana istifadəyə verilib.

Yenilənmiş əməliyyatxana yüksək texnoloji avadanlıqlarla təchiz olunaraq cərrahi xidmətlərin təhlükəsiz, səmərəli və keyfiyyətli təşkili işində xəstəxananın imkanlarını artırır.

Yeni əməliyyatxananın açılışı xəstəxana rəhbərliyinin iştirakı ilə baş tutub. Rəhbər heyət mühüm yeniliyin həm tibbi heyət, həm də pasiyentlər üçün uğurlu nəticələrə vəsilə olacağından danışıb.

Yaradılan yeni şərait Mərkəzi Neftçilər Xəstəxanasında göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə və pasiyent məmnuniyyətinin artırılmasına xidmət edir.

loader
loader
loader