Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə rayonun Xoylu kəndində, Xocalı Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə Xocalı şəhərində, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun İsmətli kəndində, Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Təkli kəndində, Laçın Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Zabux, Sus və Bəylik kəndlərində, Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Yolağac kəndində, Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə Ağdərə rayonunun Vəngli kəndində sakinlərin səyyar tibbi müayinəsi təşkil edilib.
Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (həkim-terapevt, həkim-pediatr, həkim-mama-ginekoloq, şüa-diaqnostikası üzrə həkim və s.) tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 500-ə yaxın sakinə (uşaqlar da daxil olmaqla) 1650-dən çox tibbi xidmət göstərilib.
Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.