Yeni Klinikanın Ümumi cərrahiyyə komandası tərəfindən mədədə qanama riski yüksək olan və təxirəsalınmaz, mürəkkəb cərrahi müdaxilə tələb edən patologiyaya malik pasiyent üzərində həyata keçirilən cərrahi müdaxilə uğurla başa çatıb.
Uzunmüddətli epiqastrik ağrılar, iştahasızlıq, erkən doyma hissi, nəzərəçarpacaq çəki itkisi və ümumi halsızlıq şikayətləri ilə müraciət edən pasiyent laborator və instrumental müayinələrə cəlb edilib. Daha sonra ezofaqoqastroduodenoskopiya və digər müasir görüntüləmə üsulları vasitəsilə onun mədəsində ciddi lezyon aşkar edilib.
Mövcud klinik vəziyyət və yüksək qanama riski nəzərə alınaraq cərrahi müalicə qərarı verilib.
Əməliyyat anestezioloq-reanimatoloq Lalə Əliyeva və komandasının iştirakı ilə uzman ümumi cərrah Ayxan Abbasov və həkim-rezident Kəmalə Məmmədova tərəfindən icra olunub. Pasiyentə laporoskopik qastrektomiya və “Roux-en-Y qastroyejunostomiya” əməliyyatı tətbiq edilib.
Cərrahi müdaxilə tamamilə laporoskopik üsulla icra olunub ki, bu da toxuma travmasının azalmasına və daha sürətli bərpaya imkan yaradır. Anastomozların intracorporeal (orqanizm daxilində) şəkildə icra edilməsi əməliyyatın texniki dəqiqliyini və təhlükəsizliyini artırıb. Eyni zamanda, beynəlxalq standartlara uyğun olaraq “D2 limfadenektomiya” prosedurunun aparılması əməliyyatın mühüm üstünlüklərindən biridir.
Qeyd edək ki, “Roux-en-Y qastroyejunostomiya” mədə ilə nazik bağırsağın orta hissəsi arasında yeni anastomoz yaradılmasını nəzərdə tutan, funksional baxımdan effektiv və beynəlxalq praktikada geniş tətbiq olunan cərrahi prosedurdur.
Tətbiq olunan kompleks və müasir cərrahi yanaşma əməliyyatın funksional adekvatlığını yüksəldərək postoperativ dövrdə ağırlaşma riskini minimuma endirib.
Yüksək texniki bacarıq və peşəkarlıq tələb edən əməliyyatdan sonra pasiyentin vəziyyəti stabil qiymətləndirilib və o, 5 günlük stasionar müalicədən sonra ambulator müalicə üçün evə buraxılıb.
Yüksək riskli mədə patologiyası laporoskopik üsulla uğurla aradan qaldırılıb
Digər xəbərlər
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub
19.01.2026
Nazir Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
17.12.2025
TƏBİB 2025-ci ilin yekunlarına dair brifinq keçirib
19.12.2025
Mərkəzi Neftçilər Xəstəxanasında yeni əməliyyatxana istifadəyə verilib
12.02.2026
Ümumdünya Xəstələr Günü ilə əlaqədar tədbir keçirilib
11.02.2026
Goranboy, Xocalı, Biləsuvar, Qobustan, Laçın, Masallı, və Tərtər rayonlarında səyyar tibbi müayinələr təşkil edilib
11.02.2026
Uşaqların icbari dispanserizasiyası çərçivəsində 3 400-ə yaxın uşaq müayinələrə cəlb edilib
06.02.2026
Nizami Tibb Mərkəzində Whipple əməliyyatının icrasına başlanılıb
05.02.2026
“Dəm qazı ilə zəhərlənmə: diaqnostika və müalicə” mövzusunda onlayn vebinar keçirilib
04.02.2026
Şamaxıda Gənc Tibb İşçilərinin Respublika Konfransı keçirilib
02.02.2026