Ağciyər Xəstəlikləri Mərkəzinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq Mərkəzin nəzdində fəaliyyət göstərən Abşeron Regional Xəstəxanasında vərəm xəstəliyindən və eyni zamanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslər üçün dializ müalicəsi təşkil olunub. Artıq ilk pasiyent Hemodializ müalicəsinə cəlb edilib.
Hemodializ kabinetində 1 ədəd müasir tipli Almaniya istehsalı olan “Fresenius Medical Care” hemodializ aparatı quraşdırılıb. Kabinetdə pasiyentlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Hemodializ kabineti lazım olan tibbi avadanlıqlarla tam təmin edilib.
Tibb müəssisəsində ixtisaslı xidmətin təşkili üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasından 1 həkim-mütəxəssis, 1 ixtisaslaşmış tibb bacısı və 1 texnik prosesə cəlb olunur.
Sözügedən xidmətin təşkilində əsas məqsəd vərəm xəstəliyindən əziyyət çəkən pasiyentlərin digər dializ alan pasiyentlərlə təmasını aradan qaldırmaq, rahat şəkildə, vərəm xəstəliyinin müalicəsi ilə paralel olaraq hemodializ prosesinə cəlb olunmasıdır.
Görülən tədbirlər Ağciyər Xəstəlikləri Mərkəzinin pasiyentlərə təhlükəsiz, fasiləsiz və keyfiyyətli tibbi xidmət göstərilməsi istiqamətində atdığı mühüm addımlardan biridir. Gələcəkdə bu xidmətin digər Şəmkir və Qobustan regional xəstəxanalarında da təşkil edilməsi nəzərdə tutulub.
Vərəm xəstəliyindən əziyyət çəkən şəxslər üçün ilk dəfə Hemodializ kabineti yaradılıb
Digər xəbərlər
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub
19.01.2026
Nazir Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
17.12.2025
TƏBİB 2025-ci ilin yekunlarına dair brifinq keçirib
19.12.2025
Respublika Klinik Xəstəxanasının həkim-kardioloqunun apardığı tədqiqat nüfuzlu beynəlxalq jurnalda dərc olunub
13.02.2026
Mərkəzi Neftçilər Xəstəxanasında yeni əməliyyatxana istifadəyə verilib
12.02.2026
Ümumdünya Xəstələr Günü ilə əlaqədar tədbir keçirilib
11.02.2026
Goranboy, Xocalı, Biləsuvar, Qobustan, Laçın, Masallı, və Tərtər rayonlarında səyyar tibbi müayinələr təşkil edilib
11.02.2026
Uşaqların icbari dispanserizasiyası çərçivəsində 3 400-ə yaxın uşaq müayinələrə cəlb edilib
06.02.2026
Nizami Tibb Mərkəzində Whipple əməliyyatının icrasına başlanılıb
05.02.2026
“Dəm qazı ilə zəhərlənmə: diaqnostika və müalicə” mövzusunda onlayn vebinar keçirilib
04.02.2026