TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini və Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərovun “İnsult keçirmiş şəxslərdə robot reabilitasiyası” adlı elmi məqaləsi Türkiyənin nüfuzlu “Turkish Journal of Clinical Research” jurnalında dərc edilib.
Məqalədə insult keçirmiş şəxslərin reabilitasiyasında robot texnologiyalarının effektivliyi araşdırılıb. Tədqiqat beynəlxalq elmi ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.