İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində cari ilin iyun–noyabr ayları ərzində “Regionlarda uşaqların tibbi müayinəsi” layihəsi həyata keçirilib. Layihə regionlarda yaşayan uşaqların sağlamlıq vəziyyətinin sistemli şəkildə qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkar olunması, zərurət yarandıqda ixtisaslaşmış tibbi xidmətə yönləndirilməsi məqsədini daşıyıb.
Müayinələr pediatriya, nevrologiya, endokrinologiya, kardiologiya, oftalmologiya, otorinolarinqologiya və neonatologiya üzrə tibbi heyəti tərəfindən aparılıb.
Layihə çərçivəsində Ucar, Zaqatala, Masallı, Şamaxı və Daşkəsən rayonlarında ümumilikdə 995 uşaq müayinədən keçirilib. Fərqli yaş qruplarına aid uşaqların inkişafı, sağlamlıq göstəriciləri, mövcud və ya potensial risklər hərtərəfli araşdırılıb, aşkar edilən hallarla bağlı valideynlərə fərdi tibbi tövsiyələr verilib. Müayinələr nəticəsində əlavə müalicə və ya ixtisaslaşmış tibb müəssisəsinə yönləndirmə tələb edən uşaqlar müvafiq şəkildə istiqamətləndirilib. Ümumilikdə müayinə edilən uşaqlardan 30 nəfərə Bakıya, Lənkərana və Gəncəyə ambulator və stasionar tibbi xidmət üçün göndəriş verilib. 2 nəfər Ucarda, 1 nəfər isə Zaqatalada stasionar müalicə ilə təmin edilib.
Layihənin əhəmiyyətli istiqamətlərindən biri region tibb heyətinin peşəkar hazırlığının gücləndirilməsi olub. Bu məqsədlə layihə çərçivəsində neonatoloqlar üçün xüsusi təlim proqramı təşkil edilib.
Təlimdə yeni doğulmuş körpələrin reanimasiyası, kritik vəziyyətlərdə ilkin müdaxilə, neonatal infeksiyaların idarə olunması, tənəffüs sisteminə dair problemlərin qiymətləndirilməsi və təhlükəsiz tibbi mühitin təmin olunması ilə bağlı praktiki və nəzəri biliklər təqdim edilib. Təlim regionlarda neonatal xidmətlərin səviyyəsinin yüksəldilməsinə və körpələrin həyatının qorunmasına yönəlmiş mühüm addım kimi dəyərləndirilir.
Ümumilikdə layihə regionlarda tibbi xidmətlərin əlçatanlığının artırılmasına, uşaqlarda xəstəliklərin erkən aşkarlanmasına, valideynlərin sağlamlıq mövzularında məlumatlandırılmasına və səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verib.
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
Digər xəbərlər
Anar Bayramov işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinə baxış keçirib
29.06.2026
Anar Bayramov Şuşa şəhərində vətəndaşları qəbul edib
30.06.2026
Anar Bayramov Şuşa Müalicə-Sağlamlıq Mərkəzi və Qarabağ Universitetini ziyarət edib
30.06.2026
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla həyata keçirilib
14.07.2026
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsinin tətbiqinə başlanılır
13.07.2026
TƏBİB-in daha bir tabeli tibb müəssisəsində onlayn növbə sistemi istifadəyə verildi
29.06.2026
Böyrək çatışmazlığı uğurlu transplantasiya əməliyyatı ilə aradan qaldırıldı
29.06.2026
Respublika Pediatriya Mərkəzinin əməkdaşları Naxçıvanda keçirilən konfrans və müayinə aksiyasında iştirak ediblər
25.06.2026
TƏBİB tabeli tibb müəssisələrində bakteriya koloniyalarının sürətli laborator diaqnostikası tətbiq olundu
25.06.2026
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında oftalmoloji əməliyyatların icrasına başlanılıb
23.06.2026