banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

17 Dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İşçilərinin Peşə Bayramı Günüdür

loader
TƏBİB-in “Peşə günləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar əməkdaşlar üçün tibbi müayinələr təşkil olunub.
 
TƏBİB-in təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dəstəyilə baş tutan layihə çərçivəsində əməkdaşlar laborator və diaqnostik müayinələrdən keçib.
 
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında baş tutan tibbi müayinələr zamanı ixtisaslı tibbi xidmətə ehtiyacı olan əməkdaşların müvafiq tibb müəssisələrinə göndərişi təmin olunub.
 
Qeyd edək ki, “Peşə günləri” layihəsinin məqsədi peşə sahiblərinin sağlamlığının qorunması, onların əmək fəaliyyəti nəticəsində yaranan xəstəliklərin erkən aşkarlanması və profilaktikasının gücləndirilməsidir.
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader