banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“Qlobal Cərrahiyyə 2030” layihəsi çərçivəsində Şamaxı rayonunda tədbir keçirilib

loader
“Qlobal Cərrahiyyə 2030” layihəsi çərçivəsində Şamaxı rayonunda tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, TƏBİB-in İcraçı direktorunun müşaviri, Almaniyanın Heydelberq Universitetinin cərrah-həkimi Vüqar Yaqublu, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev iştirak edib.
 
Tədbir çərçivəsində Şamaxı rayonunda səhiyyə xidmətlərinin, xüsusilə cərrahi xidmətlərin inkişafı, gənc kadrların hazırlanması, eləcə də xaricdə təhsil almış həkimlərin Şamaxı rayonuna cərrahi xidmətlərin göstərilməsi işinə cəlb edilməsi müzakirə olunub. Həmçinin “Qlobal Cərrahiyyə 2030” layihəsi çərçivəsində qarşıda görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
 
Daha sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanasında “Qlobal Cərrahiyyə 2030” adlı seminar keçirilib. Tibb müəssisəsinin həkim-mütəxəssisləri və tibb bacıları iştirak etdiyi seminarda cərrahi xidmətlərin keyfiyyətinin artırılması və “Qlobal Cərrahiyyə 2030” konsepsiyasının tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.
 
V.Yaqublu “Qlobal Cərrahiyyə 2030” layihəsinin məqsədləri, gələcək planlar, əməliyyat təhlükəsizliyi və keyfiyyətli cərrahi xidmətlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
 
Tibb müəssisəsinin direktoru Natiq Əliyev layihənin məqsədi, regionda cərrahi xidmətlərin inkişafında bu cür tədbirlərin əhəmiyyəti və səhiyyə sistemində multidissiplinar əməkdaşlığın vacibliyindən danışıb.
 
Xəstəxananın cərrahi xidmətlər üzrə direktor müavini Vüsal Sədrayev Şamaxı Rayon Mərkəzi Xəstəxa cərrahi xidmətlərin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
 
Seminar çərçivəsində TƏBİB-in İcraçı direktorunun müşaviri Vüqar Yaqublu və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahi xidmətlər üzrə direktor müavini, həkim-cərrah Vüsal Sədrayevin iştirakı ilə birgə laparoskopik xolesistektomiya (öd kisəsinin çıxarılması) əməliyyatı uğurla icra olunub.
 
Qeyd edək ki, TƏBİB tərəfindən ölkədə cərrahi, anesteziya xidmətlərinin bütün regionlarda, əhalinin bütün təbəqələri üçün əlçatanlığını təmin etmək və bu xidmətlərin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən "Qlobal Cərrahiyyə 2030" proqramı cərrahi xidmətlərin sistemli və davamlı inkişafını təmin etməyə yönəlib.
loader
loader
loader
loader
loader
loader