TƏBİB-in “Peşə günləri” layihəsi çərçivəsində 6 Noyabr – Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günü münasibətilə metropoliten sahəsində fəaliyyət göstərən əməkdaşlar üçün tibbi müayinələr təşkil olunub.
TƏBİB və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə həyata keçirilən aksiya çərçivəsində əməkdaşlar laborator və diaqnostik müayinələrdən keçiblər.
Xətai Tibb Mərkəzində aparılan tibbi müayinələr zamanı ixtisaslı tibbi xidmətə ehtiyacı olan əməkdaşların müvafiq tibb müəssisələrinə göndərişi təmin olunub.
Qeyd edək ki, “Peşə günləri” layihəsinin məqsədi peşə sahiblərinin sağlamlığının qorunması, onların əmək fəaliyyəti nəticəsində yaranan xəstəliklərin erkən aşkarlanması və profilaktikasının gücləndirilməsidir.
Bakı Metropoliteninin əməkdaşlarını Peşə Bayramı Günü münasibətilə təbrik edir, onlara cansağlığı və fəaliyyətlərində uğurlar arzulayırıq!