banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Qazaxıstan Respublikasının əməkdar həkimi Azərbaycanda təcrübə kursunda iştirak edib

loader

TƏBİB-də təcrübə proqramı çərçivəsində Qazaxıstan Respublikasının əməkdar həkimi Ulbala Umraliyeva ilə görüş keçirilib.

TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı və Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli proqram çərçivəsində U.Umraliyeva ilə görüş keçirib.

Görüş çərçivəsində Azərbaycanda ilkin səhiyyə xidmətinin mövcud vəziyyəti və həyata keçirilən islahatlar barədə ətraflı məlumat təqdim olunub.

Daha sonra U.Umraliyeva TƏBİB əməkdaşlarının iştirakı ilə şəhər və uşaq poliklinikaları, eyni zamanda qadın məsləhətxanalarına səfər edib, müəssisələrin fəaliyyəti, strukturu ilə yaxından tanış olub, dispanserizasiya və peyvəndləmə proseslərinin təşkili, idarə olunması sahəsində təcrübə mübadiləsi aparıb.

Görüşlər zamanı Qazaxıstan və Azərbaycanın ilkin səhiyyə xidmətləri sahəsindəki təcrübələr müzakirə olunub, təqdimatlar keçirilib.

Təcrübə kursu çərçivəsində Qazaxıstanın ilkin səhiyyə xidməti və Azərbaycanda peyvəndləmə mövzularında təqdimatlar keçirilib.

Təcrübə kursunun yekununda Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyev tərəfindən “İlkin Səhiyyə Xidməti müəssisələrdə arterial hipertenziyanın idarəedilməsi - Hədəf 130/80” layihəsi təqdim olunub.

Bu kimi təcrübə mübadilələri Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı fayda təmin etməklə, səhiyyə sahəsində əməkdaşlığın daha da güclənməsinə töhfə verir.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader