banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Quba Regional Perinatal Mərkəzində 29 anadangəlmə ürək qüsurlu yenidoğulmuş və 54 hamilə kardioloji müayinələrə cəlb edilib

loader

Quba Regional Perinatal Mərkəzində anadangəlmə ürək qüsurlu yenidoğulmuşların kardioloji nəzarəti və risk qrupuna daxil olan hamilələrin fetal exokardioqrafiya müayinəsinin təşkili ilə bağlı regional tədbir keçirilib.

TƏBİB-in dəstəyilə baş tutan tədbirdə Quba və ətraf rayonların tibb müəssisələrinin pediatrları, uşaq və böyüklər üzrə kardioloqları, mama-ginekoloqları və şüa-diaqnostika həkimləri olmaqla, ümumilikdə 40 nəfər həkim-mütəxəssis iştirak edib.

Tədbirin məqsədi anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası, vaxtında tibbi müdaxilənin təmin olunması, eyni zamanda uşaqların həyat keyfiyyətinin artırılması olub.

Tədbir zamanı anadangəlmə ürək qüsuru riski daşıyan qadınlara hamiləliyin 18-22-ci həftələri arasında aparılan fetal exokardioqrafiya müayinələri icra olunub. Bu müayinə dölün ürək quruluşunda mövcud olan hər hansı struktur anomaliyanın erkən aşkar edilməsinə imkan verir. Tədbir çərçivəsində 29 anadangəlmə ürək qüsurlu yenidoğulmuş və 54 hamilə kardioloji müayinələrə cəlb edilib.

Bununla yanaşı, regionda qeydiyyatda olan anadangəlmə ürək qüsurlu uşaqların təkrar müayinəsi, kardioloji nəzarəti və ixtisaslaşdırılmış tibb müəssisələrinə yönləndirilməsi də həyata keçirilib.

Qeyd edək ki, tədbir Sumqayıt Tibb Mərkəzinin həkim-uşaq kardioloqu, Tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü, erkən neonatal dövrdə körpə ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın üzvü Elnur İmanov tərəfindən təşkil olunub.

Eyni zamanda E.İmanov regional tədbir çərçivəsində həkim-mütəxəssislər üçün təlimlər verib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader